Bakıda yaşayış binasında yanğın olub

bakida-yasayis-binasinda-yangin-olub
Oxunma sayı: 1428

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhərin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 48 m² olan mənzilin mətbəxində qabyuyan maşın, aspirator və mətbəx mebeli 0,5 p.m yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.