Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə “Qafqazinfo” FHN-ə istinadən xəbər verir.
Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Son xəbərlər
Son Xəbərlər