Bakıda yaşayış binasında yanğın olub - Video

bakida-yasayis-binasinda-yangin-olub
Oxunma sayı: 2974

Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən dörmərtəbəli yaşayış binasında yanğın başlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Yanğın qısa müddətdə söndürülüb.