Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi

bakida-yasayis-binasinda-yangin
Oxunma sayı: 1761

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb. 

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. 

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.