Bakıda yaşayış binasında yanğın - Fotolar + Video + Yenilənib

Bakıda yaşayış binasında yanğın
Oxunma sayı: 8565

Bakıda yaşayış binası yanır.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub. Yanğının söndürülüməsi istiqamətində işlər görülür.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə quruma məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Yanğın söndürülüb, ətrafa yayılmasının qarşısı alınıb.

***

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi İlqar Nəsibov bildirib ki, hadisə Nərimanov rayonu Ələşrəf Əlizadə küçəsi 61 ünvanında yerləşən 17 mərtəbəli binanın 9-cu mərtəbəsində qeydə alınıb: “Yanğın hadisəsi sahəsi 85 kv olan 3 otaqlı mənzildə baş verib. Mənzilin mətbəxi - 20 kv metr hissəsinin yanar konstruksiyası əşyalarla birlikdə yanıb. Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının fəaliyyəti nəticəsində 20 nəfər təxliyə edilib. Ümumilikdə 5 yanğınsöndürmə avtomobili əraziyə cəlb olunub. Xəsarət alan olmayıb. Yanğın hadisəsi saat 14:40-da baş verib və 14:44-də briqada ərazidə olub”.

İ. Nəsibovun sözlərinə görə, yanğının qeydə alındığı mənzildə heç kəs olmayıb.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Fotolar: Pərvin Zeynal