Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Bakının Nizami rayonunda 5 mərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yanğın çıxıb.
Hadisə nəticəsində bir neçə mənzil yanıb.
Əraziyə cəlb edilən FHN xilasediciləri 11 nəfəri binadan təxliyyə edib.
Yanğın söndürülüb və digər mənzillər yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər