Bakıda yataqxanada yanğın - Sakinlər təxliyyə olunub

bakida-yataqxanada-yangin
Oxunma sayı: 2629

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxanada yanğın baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, binasın 4-cü mərtəbəsində 2 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğının səbəbi barədə isə məlumat verilməyib.