Bakıda yataqxanada yanğın olub

bakida-yataqxanada-yangin-olub
Oxunma sayı: 1397

Bakı şəhərinin Xəzər rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzildə ev əşyaları və 1 ədəd pəncərə çərçivəsi 5 m² sahədə yanıb.
 
“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.