Bakıda yataqxanada yanğın olub

bakida-yataqxanada-yangin-olub
Oxunma sayı: 2362

Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi olub.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.