Bakıda yenə sürüşmə oldu - Foto

bakida-yene-surusme-oldu
Oxunma sayı: 4537

Bakının Badamdar ərazisində yanvarın 9-da baş verən sürüşmə bu gün təkrar aktivləşib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, günorta saatlarında sürüşmə zonasının üstündə torpaq kütləsi sürüşərək yola doğru hərəkət edib. Yanvarın 9-da sürüşərək yolu bağlayan torpaq sahəsinin üzərinə tökülən kütlə yola düşən ağırlığı daha da artırıb. Ötən aykı sürüşmədə torpaq kütləsi yolun kənarındakı restoranın divarına qədər gəlmişdi. Hazırda restoranın divarı torpaqdan təmizlənib. Kanalizasiya və yağış suları hazırda yola dolub və torpaq kütləsinin yolu bağladığı hissədə gölməçə yaradaraq sola doğru, yamacın aşağısında yerləşən evlərə tərəf tökülür.

Sürüşmənin yağış və kanalizasiya sularının torpağı yuması nəticəsində baş verdiyi bildirilir.