“Qafqazinfo”nun Ədliyyə Nazirliyinin saytına istinadən məlumatına görə, mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dünya Bankının ölkə üzrə meneceri Larisa Leşçenko, habelə hakimlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
İnşa olunacaq yeni məhkəmə binasının ümumi sahəsi 5.000 m2-dən çoxdur. 6 mərtəbədən və zirzəmi qatından ibarət olacaq bina ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio- və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaq.
Son xəbərlər
Son Xəbərlər