Bakıda yeni nizamlanan eyni səviyyəli piyada keçidi qurulub - Fotolar

bakida-yeni-nizamlanan-eyni-seviyyeli-piyada-kecidi-qurulub
Oxunma sayı: 3026

Mir Cəlal küçəsində yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edilib. 

BNA-dan “Qafqazinfo”ya verilən məlumata görə, sözügedən ərazidə 238 saylı uşaq baxçası, 247 saylı orta məktəb yerləşməklə yanaşı, sıx məskunlaşma da mövcuddur. 

Nəticədə ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib, inşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub, həmçinin svetofor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizlik səviyyəsi artırılıb.