“Qafqazinfo” xəbər verir ki, tədbir Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni səfirliyinin açılışına həsr edilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva sərginin Azərbaycan və Avropanın tarixində mühüm əhəmiyyət daşıyan bir ərəfədə açılmasını vurğulayıb.
Tədbirdə çıxış edən meksikalı rəssam Marqarita Moralis Azərbaycana ilk dəfə gəlməsindən danışıb:
“Mənim əsərlərimdə gül şəkilləri üstünlük təşkil edir. Düşünürəm ki, ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycana belə bir məqamda gül yaraşır. Burada olmaqdan qürur duyuram və ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyəm”.
Son xəbərlər
Son Xəbərlər