Bakıda yeniyetmə eyvandan avtomobilin üstünə düşdü

bakida-yeniyetme-eyvandan-avtomobilin-ustune-dusdu
Oxunma sayı: 3042

Bakıda yeniyetmə ağır xəsarət alıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

2008-ci il təvəllüdlü N.M yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılaraq parklanmada olan avtomobilin üzərinə düşüb.

Yeniyetmə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.