Bakıda yeraltı keçidə su damır - Video

bakida-yeralti-kecide-su-damir
Oxunma sayı: 1520

Bakının Səbail rayonunda yerləşən yeraltı piyada keçidlərindən birində xoşagəlməz vəziyyət yaranıb. 

Bununla bağlı “Qafqazinfo”ya həmin ərazidə yaşayan, adının açıqlanmasını istəməyən vətəndaşlardan biri müraciət edib. 

O bildirib ki, Su İdman Sarayının qarşısında yerləşən keçidin tavanından artıq iki həftədən çoxdur ki, su damır. 

Vətəndaş qeyd edib ki, əraziyə qablar qoyulsa da, su ətrafa yayılır. Keçidin sürüşkən olması isə insanların, xüsusilə uşaqların və yaşlıların keçiddə hərəkətinə təhlükə yaradır. 

Məsələ ilə əlaqədar keçidlərə cavabdeh qurum olan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu göndərsək də, cavab ala bilmədik. 

Suyun damması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə də müraciət etdik. Qurumdan verilən cavab belə oldu: “Su İdman Sarayının yanındakı keçidin tavanından suyun axmasının İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqəsi yoxdur. Adətən belə hallar ətraf ərazilərin normadan artıq sulanması nəticəsində baş verir. Ərazilərdə yaşıllıqların sulanması işləri Xidmətin fəaliyyət sferasına aid deyil”.

Həmin görüntüləri təqdim edirik: