Bakıda yola aşan ağac götürüldü - Yenilənib

bakida-yola-asan-agac-goturuldu
Oxunma sayı: 3214

Bakının Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən də Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

***

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları hadisə yerinə gəlib. Hazırda ağac aşmasının fəsadları aradan qaldırılır.

***

Bakıda yolun hərəkət hissəsinə aşan ağac götürülüb.

Bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.