Bakıda yolun bir hissəsinə piyada xətti çəkilir, digərinə isə...- - Fotofakt

bakida-yolun-bir-hissesine-piyada-xetti-cekilir-digerine-ise-
Oxunma sayı: 1671


“Qafqazinfo”nun verdiyi xəbərə görə, vəkil Elçin Sadiqovun Yasamal rayon məhkəməsinin qarşısındakı fotoda həmin mənzərə görünür. Yolun sağ tərəf hissəsinə piyada xətti çəkilsə də, qoşa xətdən sonra yolu sol hissəsinə xətt çəkilməyib. Və bir neçə gündür bu formada da qalıb.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, piyada xəttinin yarımçıq çəkilməsinə yağış səbəb olub: “O işləri Bakı Şəhər İcra Hakimiyyəti görür. Piyada xətti mikrobioloji boya ilə çəkildiyi üçün rütubətli havada çəkmək olmur. Orada piyada xətti çəkilərkən yağış yağıdığı üçün işlər saxlanılıb. Yaxın günlərdə piyada xətti tam çəkiləcək”.

Murad Əhməd