Bakıda yoluxma faizi nə yerdədir?

bakida-yoluxma-faizi-ne-yerdedir
Oxunma sayı: 2403

Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

“Qafqazinfo”nun koronavirusinfo.az saytına istinadən verdiyi xəbərə görə, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 14,9 faiz təşkil edir.

Xətaidə 13,3 faiz, Yasamalda 12,3 faiz, Sabunçuda 10,7 faiz, Nərimanovda 8,3 faiz, Suraxanıda 8,1 faiz, Nəsimidə 8,0 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6,9 faiz, Səbaildə 5,1 faiz, Qaradağda 4,9 faiz, Pirallahıda 0,5 faiz təşkil edib.

Gülnar Əliyeva