Bakıda yük maşını ilə avtomobil toqquşdu - Ölən var

bakida-yuk-masini-ile-avtomobil-toqqusdu
Oxunma sayı: 1897

Bakı şəhərinin Qaradağ rayonunda “DAF” markalı yük avtomobili və “Daewoo” markalı minik avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan 1983-cü il təvəllüdlü Nəsirov Nicat Fəxrəddin oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.