Bakıda yük maşını ilə minik maşını toqquşdu- - Fotolar

bakida-yuk-masini-ile-minik-masini-toqqusdu-
Oxunma sayı: 854


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Elçin Əhmədovun idarə etdiyi “KAMAZ”  Elvin Novruzovun idarə etdiyi “Mitsubishi” ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəza ilə bağlı yolda sıxlıq yaranıb. Hadisə yerinə Dövlət Yol Polisini Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. 

İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya avtomobillərdən birinin qəfil manevr edərək hərəkət zolağını dəyişməsi səbəb olub.

Hər iki maşın cərimə meydançasına aparılıb. Faktla bağlı Nərimanov Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.