Bakıda yük maşınları üçün qadağa

bakida-yuk-masinlari-ucun-qadaga
Oxunma sayı: 1665


“Qafqazinfo” xəbər verir ki, bunu “Günə Baxan” verlişinə qonaq olan Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev dedi. O bildiridi ki, yalnız həyati vacib ərzaq məhsullarının, dərman peraparatların, məişət tullantılarının daşınmasında istifadə edilən, yalnız xüsusi buraxılışı olan avtomobillərin 22:00-dan 07:00-a qədər hərəkətinə icazə veriləcək. 

Kamran Əliyev qeyd etdi ki, ən müasir avtobuslar artıq Bakı şəhərinə gətirilib. O bir daha əhaliyə müraciət edərək bildirdi ki, bu avtobuslardan istifadə etsinlər. Çünki, şəhərimizə gələn turist və idmançılara Bakını gəzmələri üçün fasiləsiz şərait yaratmaq lazımdır. 

Qeyd edək ki, Bakıda keçiriləcək I Avropa Oyunları iyun ayının 12-dən başlayıb, 28-nə kimi davam edəcək.