Bakıda yük maşınlarının qəzası

bakida-yuk-masinlarinin-qezasi
Oxunma sayı: 965


Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, torpaq-qazma işləri zamanı torpaq yığılması üçün növbə gözləyən “Shacman” markalı yük avtomobilinin sürücüsü kabinasından yerə düşərkən ərazinin mailli olması və tormozlanma olmadığı üçün avtomobil arxaya gedib və arxada dayanan digər “Shacman” markalı yük avtomobilinin kabinasına çırpılıb. Qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb. 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yük avtomobilinin kabinasında sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil veriblər.