Bu gün Bakının Səbail rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində yanğın olub.
“Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, Badamdar qəsəbəsi Badamdar yolunda yerləşən yanacaqdoldurma məntəqəsində 1970-ci il təvəllüdlü Zeynalov Arif Hüseyn oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə yanğın başlayıb. Mühərrik hissəsində başlayan yanğın avtomobilin salonuna keçib.
Operativ müdaxilə nəticəsində yanğının genişlənməsi və YDM-a keçməsinin qarşısı alınıb.
Son xəbərlər
Son Xəbərlər