Bakıda zavod ərazisində yanğın olub

bakida-zavod-erazisinde-yangin-olub
Oxunma sayı: 1666

Bakı şəhəri, Binəqədi rayonunda Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanıb. 

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerində olublar. İlkin məlumata görə, təxminən 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb.

Yanğının qarşısı alınıb.