Bakıda zavodda faciə- - 1 ölü, 1 yaralı

bakida-zavodda-facie-
Oxunma sayı: 1284


“Qafqazinfo” xəbər verir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, iki nəfər fəhlə tikinti maşınının səbətində zavodun havalandırma sistemini tənzimləyən zaman maşını işə salınıb və yerindən tərpənib. Bu zaman müvazinətini saxlaya bilməyən hər iki fəhlə səbətdən yıxılıb. Fəhlələrdən biri hadisə yerindəcə keçinib, digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Qaradağ Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindədirlər. Araşdırma aparılır.