Bakıda zəncirvari qəza- - Fotolar

bakida-zencirvari-qeza-
Oxunma sayı: 1231


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza zamanı 3 maşın toqquşub. Prospektlə hərəkət edən və Ceyhun Hüseynovun idarə etdiyi "Prado" markalı avtomaşın qarşıda hərəkət edən Mehman İsmayılovun idarə etdiyi "Camry"ə və Şahin Babayevin idarə etdiyi "Mercedes"ə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Xətai Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, "Prado"nu idarə edən Ceyhun Hüseynov qarşısında qəfil manevr edən bir başqa maşına vurmamaq istəyib. Lakin bu zaman o avtomobili qəfil sağa çəkən zaman öz hərəkət zolağı ilə gedən digər iki avtomobillə toqquşub.

Qəza nəticəsində prospektdə sıxlıq yaranıb. Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Sürücülər isə yol polisi şöbəsində dəvət olunub. Qəzanın əsl səbəbi müşahidə kameralarına baxıldıqdan sonra müəyyən olunacaq.