Bakıda zəncirvari qəza - Xəsarət alanlar var

bakida-zencirvari-qeza
Oxunma sayı: 4330

Bakının Heydər Əliyev prospektində zəncirvari qəza olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı 4 avtomobil bir-birinə çırpılıb.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza nəticəsində ölən olmayıb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

“Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Avtomobillər ərazidən kənarlaşdırılaraq, yolda hərəkət tam bərpa olunub. Faktla bağlı araşdırma aparılır”.

Sail Ağasəlim