Bakıda zəncirvari qəza tıxac yaratdı - Yaralılar var+Foto

bakida-zencirvari-qeza-tixac-yaratdi
Oxunma sayı: 656

Bakıda zəncirvari yol qəzası baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumata görə, yol qəzası paytaxtın Ziya Bünyadov prospektindəki tuneldə baş verib. Hadisə nəticəsində 1-i yük avtomobili olmaqla, 4 avtomobil toqquşub. Nəticədə iki nəfərin xəsarət aldığı bildirilir.

Hadisəyə səbəb yük avtomobilinin tuneldə saxlaması olub. Yük avtomobili tuneldə qəfil dayandığından arxadan gələn "Mercedes" markalı 3 avtomobil bir-birinə çırpılıb.

Ərazidə böyük tıxac yaranıb. Hadisə yerinə cəlb olunan yol polisləri yaranmış tıxacı aradan qaldırmağa çalışır.