Bakıda zəncirvari qəza, xəsarət alan var - Fotolar

bakida-zencirvari-qeza-xesaret-alan-var
Oxunma sayı: 2280

Bakıda üç maşının toqquşması ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində, Türkiyənin Azərbaycandakı səfirliyinin yaxınlığında qeydə alınıb.

Qəza zamanı sürücülərdən biri xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.