Bakıda zəncirvari yol qəzası - Foto

bakida-zencirvari-yol-qezasi
Oxunma sayı: 2595

Bu gün səhər saatlarında Nərimanov rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Ağa Nemətulla küçəsindəki tuneldə 4 avtomobil toqquşub.

“Ford”, “Honda”, “Kia” və “İnfinity” markalı avtomobillərin toqquşması nəticəsində ərazidə nəqliyyatın hərəkəti çətinləşib və sıxlıq yaranıb.

Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə xeyli ziyan dəyib.