Bakıdakı avtobus qəzasında yaralıların kimliyi bilindi- - Yenilənib+Video

bakidaki-avtobus-qezasinda-yaralilarin-kimliyi-bilindi-
Oxunma sayı: 3592


“Qafqazinfo” xəbər verir ki, paytaxtın Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb. 195 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu yük avtomobili ilə toqquşub və aşıb. Nəticədə 10-dan çox sərnişin xəsarət alıb.

 Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, qəza nəticəsində 15 nəfər yaralı Klinik Tibbi Mərkəzə aparılıb.


***

Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən bir neçəsinin adı məlum olub.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza zamanı 1956-cı il təvəllüdlü Xanmurad Xandadaş oğlu Dostəliyev, 1986-cı il təvəllüdlü Samir Namiq oğlu Qasımov, 2002-ci il təvəllüdlü Ramin Rəhim oğlu Xəlilov, 1993-cü il təvəllüdlü Elnur Ramin oğlu Muradov, 1987-ci il təvəllüdlü Seyidbala Teymur oğlu Cəfərov, 1983-cü il təvəllüdlü Dilqəm Xəlil oğlu Hacıyev, 1994-cü il təvəllüdlü Rufulla Yadulla oğlu Qurbanov və 1951-ci il təvəllüdlü Səyyad Əliş oğlu Cəbrayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
KTM-dən hazırda qəza zamanı xəsarət alan digər 7 nəfərin şəxsiyyətinin dəqiqləşdirildiyi bildirilib.