Bakıdakı başçılar...

bakidaki-bascilar
Oxunma sayı: 7113




Paytaxın ən böyük rayonlarından olan Binəqədinin icra başçısı Xaləddin Isgəndərovdur. 1962-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olan icra başçısı 1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Institutunun “Əmtəəşünaslıq” fakultəsini bitirib.

O, 2012-ci ildən Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin başçısıdır. Bundan öncə isə Vergilər Nazirliyində yüksək vəzifə tutub. Vergilər naziri Fazil Məmmədovla yaxın qohumdur.

***

Əslən bakılı, Xəzər rayon Icra Hakimiyyətinin başçısı Islamov Gülağa Bayram oğlu 19 dekabr 1948-ci ildə dünyaya gəlib. G.Ismayılov Poltava Kooperasiya Institutunu əmtəəşünaslıq ixtisası üzrə bitirib. 1995-ci ildən indiyədək Bakı şəhəri Xəzər Rayon Icra Hakimiyyətinin başçısıdır.

***

Xətai rayonunun icra başçısı Razim Isa oğlu Məmmədovdur. Mətbuatda ara-sıra adı qalmaqalda hallanan icra başçısı 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisyan rayonunun Ağudi kəndində anadan olub. Ilk əmək fəaliyyətinə 1983-cü ildə “Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1991-ci ildə Moskva Kooperasiya Institutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Azərbaycan Respublikasının prezidenti Ilham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xətai Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

***

Qaradağın icra başçısı Süleyman Mikayılov da yerli mətbuata tanış məmurlardandır. 1962-ci il aprelin 27-də Naxçıvanda anadan olan icra başçısı bundan öncə Yardımlı və Lənkəran rayonlarında söz sahibi olub.
S.Mikayılov 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Institutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.

2010-cu ildən ölkə başçısının sərəncamı ilə Qaradağ Rayon Icra Hakimiyyətinin başçısı təyin edilib.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir.

***

Nərimanov Rayon Icra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayıb. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası prezidentinin sərancami ilə Bakı şəhəri Nizami Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2005-ci ilin dekabr ayından isə Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

***

Nəsimi Rayon Icra Hakimiyyətinin başçısı Məhəməliyev Nəsib Məhəmməd oğlu da Bakıdan olmayan icra başçılarındandır. 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə dəmiryol nəqliyyatında “Daşınma prosesinin idarə olunması” ixtisası üzrəÿ Kuybışev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri Institutunu, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.
2006-cı il tarixdən Bakı şəhəri Nəsimi Rayon Icra Hakimiyyətinin başçısıdır.

***

Nizami Rayon Icra Hakimiyyətinin başçısı Tahir Yaqub oğlu Budaqov da cəmiyyətdə kifayət qədər tanınan şəxsdir. O, 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb Institutunu fərqlənmə diplomu ilə bitirib. 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2009-cu il sentyabr ayının 23-dən Bakı şəhəri Nizami Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Idarə Heyətinin sədridir.

***

Sabunçu Rayon Icra Hakimiyyətinin başçısı Vəliyev Adil Ənvər oğlu 20 aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 2012-ci ilin aprel ayında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

***

Səbail Rayon Icra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlu 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunu, 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasını bitirib. Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.ÿ 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, Idman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, Idman və Turizm nazirinin müavini vəzifələrində çalışıb. Azərbaycan Respublikası prezidentinin 15 fevral 2006-cı il tarixli sərəncamı ilə Zaqatala Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2009-cı idən Səbail Rayon Icra Hakimiyyətinin başçısıdır.

***

Ilqar Abbasov Azərbaycan prezidentinin 21 dekabr 2005-ci il tarixli sərəncamı ilə Suraxanı Rayon Icra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. Bundan əvvəl o, Nərimanov RIH-in başçısı vəzifəsində çalışıb.
Ilqar Abbasov Azərbaycan Inşaat Mühəndisləri Institutunu və Bakı Sosial Idarəetmə və Politologiya Institutunu bitirib.

Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.

***

Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Ibrahim Mehdiyev Ağdaş rayonunda anadan olub. 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya Institutunu bitirib. Əmək fəaliyyətinə 1963-cü ildə başlayan I.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat Institutunda baş elmi işçi, “Azərelektroişıq” Istehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyası Fizika Institutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru vəzifələrində işləyib. 2000-ci ildən 2006-ci ilədək Xətai Rayon Icra Hakimiyyətinin başçısı olub. 2006-cı ildən indiyə kimi Yasamal Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.