Bakıdakı bu ayı nəyin rəmzidir? - Foto

bakidaki-bu-ayi-neyin-remzidir
Oxunma sayı: 752

25 il ərzində Azərbaycan və Almaniya münasibətlərin inkişafı üçün möhkəm əsas yaradıb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra tez bir zamanda Almaniya ölkə ilə diplomatik münasibətlər yaradıb:

"Bu gün biz Azərbaycan və Almaniya arasında dostluq rəmzini təqdim edirik. Mən çox şadam ki, Berlinin simvolu – rəngli ayı Baddi Bakıda bir guşədə öz yerini tapıb”.

Qeyd edək ki, Bakının mərkəzində dostluq simvolu ucaldılıb.