Bakıdakı dünya çempionatının yeni tarixi müəyyənləşdi

bakidaki-dunya-cempionatinin-yeni-tarixi-mueyyenlesdi
Oxunma sayı: 1013

Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, COVID-19 pandemiyası səbəbi ilə təxirə salınmış yarışlar 2021-ci ildə baş tutacaq. 

Beləliklə, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, dünya yaş qrupları yarışları cari ilin 8-10 may, dünya çempionatı 14-16 may tarixlərində Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin, pandemiya ilə əlaqədar digər yarışlar kimi bu yarışlar da təxirə salınmışdı.