Bakıdakı Formula-1-ə gələnlərin sayı açıqlandı

bakidaki-formula-1-e-gelenlerin-sayi-aciqlandi
Oxunma sayı: 775

Bakının mərkəzi küçələrində keçirilmiş Formula-1 Azərbaycan Qran-Prisi üçün yarış məkanına 71 min 541 azarkeş gəlib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Formula-1-in ən yeni məkanı olan Bakı şəhər halqasında ötən il baş tutmuş ilk yarışla müqayisədə bu il keçirilmiş Azərbaycan Qran-Prisinə baxan tamaşaçıların sayı 30 faiz çox olub. Bundan əlavə, bu il yarışı yerində canlı izləmək üçün Bakıya xaricdən ötən ildəkindən iki dəfə çox avtoidman azarkeşi gəlib. 

Ümumilikdə 65 ölkədən gələn azarkeşlər Bakıda mövsümün ən gərgin və yaddaqalan yarışını izləyiblər. Xaricdən gələn Formula-1 həvəskarlarının sayı bütün tamaşaçıların üçdə birini təşkil edib.