Bakıdakı geyimi hamiləlik iddialarını gücləndirdi - Foto

bakidaki-geyimi-hamilelik-iddialarini-guclendirdi
Oxunma sayı: 21727

Türkiyəli aktrisa Melisa Pamukun hamilə olmasına dair iddialar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, aktrisanın bir müddət öncə türkiyəli futbolçu Yusuf Yazıcı ilə gizlincə ailə həyatı qurması, həmçinin toy fotolarını mediadan gizlətməsi onun hamilə olduğu üçün bu addımı atması kimi dəyərləndirilib.

Bundan başqa, onun son zamanlar, xüsusilə də Azərbaycanda qatıldığı tədbirə geyindiyi libas da diqqət çəkib. Belə ki, 33 yaşlı aktrisanın boş model geyimlərdən istifadə etməsi bu iddiaları daha da gücləndirib.

Bununla yanaşı, Pamuk hazırda heç bir serial və film təkliflərini qəbul etmədiyini bildirib.