"Qafqazinfo"ya daxil olan məlumata görə, layihədə istifadə olunan köhnə pianolar gənc rəssamlar tərəfindən müxtəlif kompozisiyalarla rənglənib və onlar Bakının müxtəlif ticarət mərkəzlərinə və ictimai yerlərinə yerləşdiriləcək.
Pianoda ifa etməyi bacaran istənilən şəxs üzərində "Ruhumu dindir, məni sevindir" şüarı yazılan pianolarda ifa edə bilər. Şüar olaraq seçilən bu ifadə Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirindən götürülüb.
"Baku Pianos" layihəsinin təşkilatçıları düşünür ki, layihə insanlar arasında müsbət ünsiyyət artıracaq, 1-ci Avropa Oyunları ərəfəsində ölkəmizə gələn turistlərin marağına səbəb olacaq.
"Baku Pianos" layihəsinin ilk pianosu 2 may, 2015-ci il, saat 14:00-dan etibarən Park Bulvar Alış-Veriş Mərkəzində, ikinci pianosu isə 17:00-dan etibarən 28 Mall Ticarət və Əyləncə Mərkəzində istifadəyə veriləcək.
Son xəbərlər
Son Xəbərlər