“Bakıdakı konsertim həmin xəbərlərdən sonra ləğv olundu”

bakidaki-konsertim-hemin-xeberlerden-sonra-legv-olundu
Oxunma sayı: 8156

Rusiyalı müğənni Lübov Uspenskaya Bakı konsertinin ləğv olunmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində yazıb.

Xəbəri rus dilində oxuyun: “В Баку мой концерт отменили из-за этой новости”

Uspenskaya bundan şoka düşdüyünü bildirib. Ermənipərəstlikdə ittiham olunan müğənni bütün Qafqaz xalqlarını sevdiyini deyib: “Axı insanlar məni nədəsə ittiham etmək, münaqişəyə qatmaq və konsertimi ləğv etmək istəyir. Məni – sülhsevər və xeyirxah insanı. Başa düşürəm ki, bunu üç il əvvəlki feyk xəbər əsasında şişirdiblər, amma hansı məqsədlə? Məni – bütün Qafqaz xalqlarını sevən, onların dilində ifa edən (o cümlədən Azərbaycan dilində “Ağ çiçəyim”), Azərbaycan artistləri ilə eyni səhnədə çıxış edən insanı. Mən həm Azərbaycanı, həm də bir müddət yaşadığım Ermənistanı sevirəm”.

O, istənilən siyasi münaqişə, aqressiya, müharibə və s. qarşı olduğunu vurğulayıb: “Mən sülh tərəfdarıyam!”

Uspenskaya sözlərinə belə yekun vurub: “Nəticə: bir neçə saat əvvəl konsert yayılan xəbərlərə görə həqiqətən ləğv olundu. Ümid edirəm, siz məni düzgün anlayacaqsınız və sözləri kontekstdən çıxarmayacaqsınız. Bu, mənim cavabım və rəsmi açıqlamam idi. Bundan başqa şərh vermək istəmirəm və verməyəcəyəm. Sizin Lüba”.

Xəbəri rus dilində oxuyun: В Баку 3 друга сели в машину ДПС и не хотели выходить