Bakıdakı kriminallar...

bakidaki-kriminallar
Oxunma sayı: 708

İyulun 19-da Maştağa qəsəbəsi Albalılıq massivində yaşayan Nazim Babayevin yaşadığı evdə boğazı kəsilmiş meyiti aşkar edilib. Sabunçu RPİ 14-cü PB əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Salyan rayon sakini Arif Kazımov yaxalanıb.

İyulun 19-u saat 19:45 radələrində Şıxlınski küçəsində Bakı şəhər sakini Ələsgər Mahmudov idarə etdiyi “Daewoo” markalı avtobus ilə Tovuz Həsənovanı vurub, piyadaçı xəstəxanaya aparılarkən yolda ölüb.

İyulun 10-da A.İldırım küçəsində yerləşən, Anar Həkimzadəyə məxsus mağazadan qapının şüşəsini sındırma yolu ilə 5 ədəd noutbuk, 2 ədəd mobil telefon və bərbər alətləri oğurlanıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elşən Əliyev iyulun 19-da yaxalanıb.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sədiyar Şeydayev iyulun 19-da yaxalanmış və onun üzərindən 1 qramdan artıq heroin aşkar edilib. Məlum olub ki, o, 2012-ci il iyul ayında Fəvvarələr bağında kömək etmək adı ilə dələduzluq edərək Beynəlxalq banka məxsus bankomatdan Təranə Kərimovanın 121 manatını, Kamal İmanovun 400 manatını və Əliyulla Kərimovun 160 manatını çıxarıb mənimsəyib.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ruslan Əliyev iyulun 19-da yaxalanıb. Məlum olmuşdur ki, o, iyunun 21-nə keçən gecə Bülbülə qəsəbəsində yaşayan Azər Əliyevin evindən açarseçmə yolu ilə televizor, DVD və mobil telefon, iyulun 6-na keçən gecə isə X.Ələkbərov küçəsində yaşayan Araz Abbasova məxsus “VAZ-2101” markalı avtomobildən şüşəni açma yolu ilə 85 manat, mobil telefon və laqonda oğurlanıb.