“Bakıdakı layihənin bir hissəsi olduğum üçün çox xoşbəxtəm” - Alman mühəndis

bakidaki-layihenin-bir-hissesi-oldugum-ucun-cox-xosbextem
Oxunma sayı: 1571

Alman mühəndis Hermann Tilke Bakıda 17-19 iyun tarixlərində Bakıda keçiriləcək Formula1 qran-prisindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, paytaxtımızdakı yolların təmiri və sxemi haqqında danışan alman mütəxəssis Bakıdakı halqanı dünyada ən yaxşı adlandırıb: “Mən ilk dəfə Bakıda Formula 1 üçün şərait yaradılması işlərinə dəvət alanda bu şəhər haqqında heç nə bilmirdim. İlk səfərimdən sonra çox müsbət fikirlərim yarandı. Bu layihənin bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Avropa qran-priləri arasında ən maraqlı yarış Bakı qran-prisi olacaq. Çünki yarış şəhərin tarixi hissəsində keçəcək. Ümumiyyətlə, unikal bir yerdir”.