“Qafqazinfo”nun məlumatına görə, məqalədə qeyd edilir ki, dünya şöhrətli memar Zaha Hadid Heydər Əliyev Mərkəzinin dizaynına görə “İlin muzey dizaynı-2014” mükafatına layiq görülüb. Bildirilir ki, Zaha Hadid son 7 ildə bu mükafata layiq görülən, ilk qadın memardır.
Yazıda Londonda keçirilən mükafatlandırılma mərasimi haqqında məlumat verilir. Heydər Əliyev Mərkəzinin arxitekturasına görə mükafatlandırılan ilk layihə olduğu diqqətə çatdırılır.
Məqalədə mükafatlandırma üzrə münsiflər heyətinin sədri Ekov Eşunun Heydər Əliyev Mərkəzi haqqında fikirlərinə yer verilib. O, Heydər Əliyev Mərkəzinin çox gözəl, heyrətamiz bir bina olduğunu vurğulayıb. Münsiflər heyətinin sədri mərkəzin memarlıq xüsusiyyətləri haqqında məlumat verərək onun həqiqətən də mükafata layiq olduğunu söyləyib.
Yazıda, həmçinin Heydər Əliyev Mərkəzinin quruluşu haqqında məlumat verilib.
Qeyd edilir ki, konfrans, qalereya zalları və muzeyi olan mərkəz paytaxtın müasir memarlıq abidələri sırasında özünəməxsus yer tutaraq Bakını dünya memarlıq incilərini özündə birləşdirən şəhərlər sırasına daşıb.