“Bakıdakı mötәbәr yarışda iştirak etmәyi planlaşdırıram”

bakidaki-motbr-yarisda-istirak-etmyi-planlasdiriram
Oxunma sayı: 968

Rusiya yığmasının üzvü, Dünya Kubokunun q­alibi, şahmat tacı uğrunda çempionluq gör­üşünə vəsiqə qazanan Sergey Karyakin 42-c­i Ümumdünya Şahmat Olimpiadası haqda danı­şıb.

Karyakin səbrsizliklə Bakı Şahmat Ol­impiadasını gözlədiyini bildirib: "Sentya­brda Bakıda Şahmat Olimpiadası keçiriləcə­k. Bu mötəbər yarışda iştirak etməyi plan­laşdırıram. İnanıram ki, Rusiya yığması ü­çün olimpiada uğurlu olacaq. Millimizin o­limpiadada qızıl medal uğrunda yarışmasın­ı istərdim. Ümumiyyətlə Bakı şəhəri mənim­ üçün düşərlidir. Ötən il Bakıda keçirilə­n Dünya Kubokunda qələbə qazanmışam. Bura­da hər zaman turnirlər yüksək səviyyədə k­eçirilir. Hamını Bakı Şahmat Olimpiadasın­a dəvət edirəm".

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahm­at Olimpiadasının təntənəli açılış mərasi­mi sentyabrın 1-də keçiriləcək. Ölkəmizdə­ ilk dəfə baş tutacaq mötəbər yarışın oyu­nları "Crystal Hall"da keçiriləcək. Olimp­iada günlərində paytaxtımızda həm də FİDE­ konqresinin növbəti iclası olacaq.