Bakıdakı parkda uşaqlar təbaşirlə rəsmlər çəkiblər - Fotolar

bakidaki-parkda-usaqlar-tebasirle-resmler-cekibler
Oxunma sayı: 1401

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xətai rayonundakı idman-əyləncə park kompleksi ərazisində uşaqlar üçün növbəti tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 9 noyabr-Dövlət Bayrağı Günü ərəfəsində təşkil olunan tədbirdə Bakının müxtəlif uşaq evləri və internat məktəblərinin sakinləri iştirak edib.

Uşaq və yeniyetmələr Azərbaycan bayrağına olan sevgilərini nümayiş etdirərək rəngli təbaşirlərlə “Mənim sevimli bayrağım” mövzusunda müxtəlif rəsmlər çəkiblər.