“Qafqazinfo” ANS TV-ə istinadən xəbər xverir ki, A.Saramanovun sözlərinə görə, hadisədən sonra R.Məmmədovla görüşüb söhbət etmək qərarına gəliblər. Telefonla əlaqə zamanı isə Ramil Abdullanın ünvanına nalayiq ifadələr işlədib.
Bu hadisədən bir il sonra tanışından incik qalan Abdulla Ramil yenidən axtarmağa başlayıb. Telefonla Ramili yola gətirən Abdulla ona görüş təyin edib.
Abdulla Saramanov Ramil Məmmədova bıçaqla 5 dəfə xəsarət yetirib. Yaralı çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib.
Abdulla Saramanov isə Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Amma Abdulla əməlinə görə, peşiman olmadığını deyir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
İstintaqın gedişi zamanı qətlin dəqiq baş vermə səbəbləri məlum olacaq.
Son xəbərlər
Son Xəbərlər