Bakıdakı Sultan ziyafətinə dəvətlisiniz! - Video + Fotolar

Bakıdakı Sultan ziyafətinə dəvətlisiniz!
Oxunma sayı: 11656

Bakıda daha bir möhtəşəm məkanın açılışı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Zooloji Parkının yaxınlığında yerləşən “Payitaht” adlı yeni türk restoranı fəaliyyətə başlayıb.

Osmanlı sarayını xatırladan “Payitaht” restoranının interyeri şərq üslubundadır, menyusu isə türk aşpazlar tərəfindən böyük sevgi və dəqiqliklə hazırlanıb. Menyu özündə türk mətbəxinin ən ləziz təamlarını birləşdirir.

“Payitaht”da qonaqlara 20-dən çox kabab növü, 10-dan çox balıq yeməyi, 20-dən çox məzə təklif olunur. Həmçinin burada müxtəlif türk şirniyyatları, sərinləşdirici içkilər, əfsanəvi türk qəhvəsinin dadına baxa bilərsiniz.

“Payitaht”da ən xırda detallar düşünülüb: bütün yeməklər qonaqların gözləri qarşısında hazırlanır, saray musiqiləri səslənir, ofisiantların geyimi belə Osmanlı sarayını xatırladır. Cümə və şənbə günləri canlı musiqi proqramları olur.

“Payitaht”da bütün qonaqların istəkləri nəzərə alınıb. Əsasən ailə ortamı üçün nəzərdə tutulan restoranda, həmçinin uşaq əyləncə zonası, kabinetlər, qəlyan zonası var. İsti havada isə terrasda oturub dadlı təamlardan zövq ala bilərsiniz.

Məkan, interyer və həzin musiqilər sizi qədim Osmanlı sarayına gəzintiyə aparacaq! Necə deyərlər, “ey cemaat, hepinizi sultan ziyafeti için mekanımıza davet ediyoruz”.

Ünvan: Bakı şəhəri, Kazım Kazımzadə küç., 800 (Bakı Zooloji Parkının yanı)

Əlaqə nömrələri: (+994 55) 588 15 15, (+994 12) 488 15 15

İnstaqram: @payitaht_restaurant