Bakıdakı tıxacın səbəbi açıqlandı - Foto

bakidaki-tixacin-sebebi-aciqlandi
Oxunma sayı: 7464

Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda müşahidə edilən tıxacla bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Sumqayıt şossesində-Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, ilkin məlumata görə yük avtomobili nasaz vəziyyətdə yolun hərəkət hissəsində qalıb: “Ümumiyyətlə avtomobillərin texniki sazlığına nəzarət gücləndirilməlidir. Gün ərzində onlarla avtomobil texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalır”.