Bakıdakı tıxacların həlli ilə bağlı - Nazirlər Kabinetinə təklif

bakidaki-tixaclarin-helli-ile-bagli
Oxunma sayı: 2487

Bakı Nəqliyyat Agentliyi tıxaclarla bağlı təklifi Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edib. 

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, BNA nəqliyyat vasitələrinin hərəkətində günün pik saatlarında sıxlıq müşahidə edilən ərazilərin təhlil edilərək araşdırılması işlərini davam etdirir. Bu çərşivədə Təbriz və İ. Həsənoğlu küçələrinin kəsişməsi araşdırılb, mövcud problemlərin həlli üçün təkliflər hazırlanıb.

Müəyyən edilib ki, İ.Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin svetoforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir.

Bakı Nəqliyyat Agentliyinin mütəxəsissləri Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi sola dönmə zolağının təşkil edilməsi və  sola dönən nəqliyyat vastələrinin hərəkətinin kanallaşdırılması barədə təklifi hazırlanıb. Təklifdə həmçinin, svetofora sola dönmə fazasının əlavə edilməsi, Təbriz küçəsində piyada keçidinin təşkili də öz əksini tapıb.

Təkliflərin reallaşması ilə Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadalarının rahatlığının təmin edilməsi mümkün olacaq.