Fevralın 19-da Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tvitter hesabında məlumat verilib.
Qeyd edək ki, 18-19 fevral tarixlərində Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkalianinin və Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri gözlənilirdi. Səfər zamanı Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin 9-cu görüşünün keçirilməsi planlaşdırılırdı.
David Zalkalianinin Bakıya səfəri bu gün Baş Nazir Giorgi Qaxarianın və hökumətin istefası ilə əlaqədar təxirə salınıb.
Son xəbərlər
Son Xəbərlər