Bakıdakı xəstəxanada lift pulla işləyir- - Foto+Yenilənib

bakidaki-xestexanada-lift-pulla-isleyir-
Oxunma sayı: 3293


“Qafqazinfo”nun xəbərinə görə, fotonun Sabunçu xəstəxanası kimi tanınan 3 saylı şəhər Klinik Xəstəxanasında çəkildiyi bildirilir.

Xəstəxanada istifadə olunan liftin içərisində daim oturmaq üçün bir işçi ayrılıb. Həmin işçi liftdən istifadə edənlərdən pul alır. Lift isə kartla işləyir və o kart yalnız orda oturan işçidə olur. Yəni, lift xəstələri liftə pul alıb buraxır…

***
Səhiyyə Nazirliyinin mətbuat xidməti məsələyə münasibət bildirib .
Xidmətin Səfayə Əhmədova “Qafqazinfo” ya açıqlamasında bildirib ki, həmin lift reanimasiya şöbəsinə qalxan ağır xəstələr üçün nəzərdə tutulub: “Yəni həmin ağır xəstələri xəstəxana personalından olan şəxslər lift vasitəsilə şöbəyə qaldırır. Həmin lift kartla işləyir. Amma heç bir pul məsələsindən söhbət gedə bilməz. Əgər kimsə belə bir hadisə ilə rastlaşıbsa, Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə müraciət etsin”.