Bakıdakı yağışın fəsadları ilə bağlı açıqlama - Video

bakidaki-yagisin-fesadlari-ile-bagli-aciqlama
Oxunma sayı: 1740

İntensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərin subasmaya məruz qalıb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, bununla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Görülmüş tədbirlər sayəsində paytaxtın Suraxanı və Sabunçu rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.